398
Bu gün 19 may — 23:22

52 yaşlı Şəki sakini qardaşı tərəfindən vəhşicəsinə döyülüb

Şəkidə 52 yaşlı kişi qardaşı tərəfindən vəhşicəsinə döyülüb.

APA xəbər verir ki, bu gün axşam saat 21:00 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Hüseyn Osman oğlu Zamanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Şəki MRX-dan bildirildiyinə görə, reanimasiya şöbəsinə yerləşdirilən 52 yaşlı Hüseyn Zamanova açıq kəllə-beyn travması, sol təpə və alın nahiyəsinin kəsilmiş-çapılmış xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Aşağı Göynük kəndi ərazisində baş verib. Hüseyn Zamanovla qardaşı arasında istintaqa hələ ki, məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Hüseyn Zamanova qardaşı tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Hazırda hüquq-mühafizə orqanlar əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıblar.

Xəbərlər