362
Bu gün 19 may — 20:41

26 yaşlı Gəncə sakini bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Gəncənin Hacıkənd qəsəbə sakini 1991-cı il təvəllüdlü Qurbanov Ruslan Qüdrət oğlu qarnının və döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. R.Qurbanovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Xəbərlər