546
Bu gün 19 may — 19:37

Masallıda 20 yaşlı qız özünü körpüdən atdı

Masallıda 20 yaşlı qız özünü körpüdən ataraq intihara cəhd edib.

APA-nın verdiyi məlumata görə, hadisə Masallı şəhəri ilə İsgəndərli kəndini birləşdirən, Viləş çayı üzərindəki körpüdə baş verib. İsgəndərli kəndində yaşayan 1997-ci il təvəllüdlü Ruqayyə İlqar qızı Cavadova özünü körpüdən ataraq intihara cəhd edib. Qız Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu deyilir.

R.Cavadovanın ailəli olduğu, intihara cəhdə səbəb kimi ailədə yaranan problemlər göstərilir.

Faktla bağlı araşdırma aparılır. 

Xəbərlər