644
Bu gün 20 mart — 18:01

Tehrandan Bakıya Novruz bayramına - velosipedlə

İranın Tehran şəhərinin Kərəc ostanlığının 44 yaşlı sakini Murtuza Fərhəng Bakıda keçirilən Novruz şənliklərinə velosipedlə 800 km-ə yaxın yol qət etməyə qərar verib.

Onun Virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, təkcə Astaradan Salyan şəhərinə qədər olan yolu 2 günə qət edib. Velosipedçi bu gün Salyanda gecələyərək, sabah Bakıya çatıb, Novruz şənliklərində iştirak etmək niyyətindədir.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər