1373
Bu gün 12 yanvar — 19:15

Azərbaycanın itkin düşmüş tanınmış futbolçusu tapıldı

Azərbaycanın itkin düşmüş tanınmış futbolçusu Faiq Cabbarov tapılıb.

Bu barədə "Report"a futbolçunun qardaşı Səttar Cabbarov məlumat verib.

Onun sözlərinə görə, artıq qardaşı ilə telefonla əlaqəsi saxlayıblar: "Onun vəziyyəti yaxşıdır. Hazırda Faiq Cabbarov Gəncə şəhərindədir".

S.Cabbarov bəzi KİV-lərdə qardaşının öldüyü haqqında yalan məlumat verilməsini də qınayıb: "Qardaşım sağ-salamatdır. Sadəcə, bəzi şəxsi səbəblərə görə bir neçə gün ailəsi ilə əlaqə saxlamayıb və ailədən onun harda olduğunu bilmirdilər. Biz də onun itkin düşdüyünü düşünürdük. Bu gün isə onunla telefonla danışdıq və Gəncədə olduğunu, heç bir problem olmadığını dedi".

*   *   *16:30

Azərbaycanın tanınmış futbolçusu Faiq Cabbarov itkin düşüb. "Kəpəz"in sabiq müdafiəçisinin ailəsi ondan 3 gündür xəbər tuta bilmir.

Bəzi mənbələrdə onun dünyasını dəyişdiyi bildirilir. Lakin qardaşı Səttar Cabbarov "Report"a açıqlamasında F.Cabbarovun vəfatı barədə heç bir dəlilin olmadığını deyib: "Bu xəbəri azarkeşlərdən biri yayıb. Özüm də buna görə Gürcüstandan Gəncəyə qayıdıram. Amma nə həyat yoldaşı, nə də digər iki qardaşım Faiqin öldüyünə dair dəlil tapa bilməyiblər. Yazıblar ki, evində vəfat edib. Ölübsə, meyiti hardadır? Sonuncu dəfə 3-4 gün əvvəl ailəsinin yanında olub. Özüm də bir neçə gün əvvəl telefonla danışmışam. Ondan sonra qardaşımı görən olmayıb".

"Kəpəz" klubundan bildirilib ki, F.Cabbarovun itkin düşməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verilib. Eyni zamanda, son zamanlar yaşadığı yataqxanaya baxış keçirilib. İdarədən "Report"a bildirilib ki, F.Cabbarovun axtarışları davam etdirilir: "Cabbarovun son zamanlar yaşadığı yataqxanaya, həmçinin morq və xəstəxanalara baxış keçirilsə də, heç bir nəticə ortaya çıxmayıb. Hazırda onun ölümü ilə bağlı məlumatlar araşdırılır. Hələlik Faiq Cabbarov idarədə itkin kimi qeydiyyata salınıb".

Qeyd edək ki, Faiq Cabbarov müxtəlif illərdə "Kəpəz", "Avtomobilçi", "Neftçi", "Şəmkir" kimi komandaların formasını geyib. Sabiq müdafiəçi 1993-1998-ci illərdə Azərbaycan yığmasında da oynayıb. F.Cabbarov bu müddətdə 21 matça çıxıb və qol vurmayıb. Bundan əlavə, 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. Məşqçi karyerasında isə son iş yeri 2010-2011 mövsümündə fəaliyyətini bərpa edən "Şəmkir" olub.

*   *   *15:17

Azərbaycan futbolunda itki baş verib.

"Kəpəz"in və milli komandanın sabiq futbolçusu Faiq Cabbarov dünyasını dəyişib. 44 yaşlı keçmiş müdafiəçi yatıb, yuxudan oynamayıb.

Qeyd edək ki, Cabbarov karyerası ərzində “Avtomobilçi Yevlax”, “Kəpəz Kirovabad”, “Dinamo Kirov”, “Neftçi” və Gəncənin “Kəpəz” klublarında çıxış etmişdi. O, milli komandamızın heyətində 1993/98-ci illərdə 21 oyun keçirmişdi. (qafqazinfo)

Xəbərlər