244
Bu gün 12 yanvar — 15:32

Cəlilabadda ərzaq mağazasından oğurluq olub

Cəlilabad rayonunda ərzaq mağazasından oğurluq olub. Hadisə şəhərin Qüdrət İsmayılov küçəsində yerləşən marketlərdən birində baş verib.

Belə ki, rayon sakini Fəxrəddin Quliyevə məxsus mağazaya dam örtüyünü sındıraraq daxil olan şəxs və ya şəxslər oradan dəyəri 2000 manat olan siqaret, danışıq kartları və ərzaq məhsullarını oğurlayıblar. Zərərçəkən F.Quliyev baş verən hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Oğurluq edən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Xəbərlər