148
Bu gün 12 yanvar — 14:41

Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 2 milyonu keçib

Azərbaycan Dövlət Neft Şirkıətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində 2016-cı ildə əhali sektoru üzrə 171707 yeni abonent qeydiyyata alınıb.

"Azəriqaz"dan verilən məlumata görə, bunun da 40817-si Bakı, Abşeron və Sumqayıt, 130890-ı isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin ümumi sayı 2004857-ə çatıb.

Bu il yanvarın 1-nə əhali sektoru üzrə 134659 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.

Xəbərlər