146
Bu gün 12 yanvar — 10:24

AŞPA həmməruzəçiləri Bakıya gəlib

AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Azərbaycana gəlib.

Virtualaz.org Avropa Şurasının Bakı nümayəndəliyinə istinadən bildirir ki, yanvarın 14-dək davam edəcək səfər zamanı onlar Azərbaycan prezidenti, parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, baş prokuror, Vəkillər Kollegiyasının rəhbəri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər.

Həmməruzəçilərin vətəndaş cəmiyyətinin təmsilçiləri, parlamentdə təmsil olunmayan siyasi partiyaların üzvləri ilə görüşləri də nəzərdə tutulur.

Xəbərlər