665
Bu gün 12 yanvar — 01:34

Cəlilabadda 18 yaşlı gənc siqaret üstündə qətlə yetirilib

Siqaret üstündə düşən dava 18 yaşlı gəncin ölümünə səbəb olub.

“Xəzər TV” məlumat verir ki, hadisə Cəlilabad rayon Səttar xan küçəsində baş verib. Rayon sakini Emin Abdullayev yol kənarında ayaqqabısını təmir etdirib geri dönürmüş. Bu zaman rayon sakini 16 yaşlı Murad Muradov ona yaxınlaşaraq siqaret tələb edib.

Emin siqaret çəkmədiyini bildirsə də, bu qarşı tərəfin narazılığına səbəb olub. Yaranan mübahisə daha sonra qanlı sonluqla başa çatıb.

18 yaşlı tələbə aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib. Cinayəti törədən Murad Muradov hadisə yerindən qaçsa da, sonradan polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Faktla bağlı Cəlilabad rayon prakurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Xəbərlər