409
Bu gün 12 yanvar — 00:39

Ucarda yol qəzası baş verib

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.

10 LL 586 dövlət nömrə nişanlı "VAZ-2106" markalı maşınla 61 BE 957 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşın toqquşub.

Nəticədə, VAZ-2107-nin sürücüsü baş nahiyəsindən xəsarət alıb. Rayon polis şöbəsinin növbətçi hissəsindən hadisənin baş verdiyi təsdiqlənsə də sürücülərin şəxsiyyəti barədə məlumatsız olduqları bildirildi. İlkin ehtimala görə hadisəyə yüksək sürət səbəb olub.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. (APA)

Xəbərlər