334
Bu gün 11 yanvar — 21:39

Quba rayonunda avtobus azyaşlı uşağı vurub

Quba rayonunda azyaşlını avtobus vurub. Hadisə rayonun Timiryazev qəsəbəsində baş verib. 

Qəsəbə ərazisində yolu keçmək istəyən 2009-cü il təvəllüdlü Yusifov Aydın Ramin oğlunu marşrut avtobusu vuraraq xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb. 

Həkimlər A.Yusifova qapalı kəllə beyin travması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol diz oynağının oynaqdaxili sınığı diaqnozu qoyublar. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. (“Report”)

Xəbərlər