1603
Bu gün 11 yanvar — 19:22

Əməkdar artist Azərbaycandan getmək istəyir

Əməkdar artisti Nicat Kazımov Azərbaycandan getmək niyyətindədir.

Lent.az-ın məlumatına görə, bu barədə aktyor sosial şəbəkədəki səhifəsində yazıb: "Dözmüşəm. Sənətdə olduğum 26 ildə çox şeyə dözmüşəm! Amma artıq bezmişəm. Riyakarlardan, ağa qara deyənlərdən, özünü hər kəsdən ağıllı sayan kütlərdən, sənətdə kar olan "sənətkarlardan", işi-gücü intriqa olan nadürüstlərdən, kimi isə yetişdirib, sonra itirməkdən, sıfırdan başlamaqdan, arxamca hürən tulalardan bezmişəm. Belə getsə, qaçacam, mütləq qaçacam!"

Xəbərlər