994
Bu gün 11 yanvar — 17:31

Bakıda işçisi şirkət rəhbərinə 700 min manat "atıb"

Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edilib.

"Report"un xəbərinə görə, bu barədə zərərçəkən - Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Bilalov Elçin Parapel oğlu Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib.

E.Bilalov qeyd edib ki, Bibiheybət qəsəbəsində yerləşən və ona məxsus "Foodini" MMC-də operator işləyən Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Şabanov Nəriman 700 000 manat dəyərində ərzaq mallarını satıb və pulunu ələ keçirib.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

Xəbərlər