190
Bu gün 11 yanvar — 15:32

Yevlax sakini 1 ton yararsız at ətini mal əti kimi satmaq istədi

Yevlax rayon sakini 1 ton istifadəyə yararsız at ətini mal əti adı altında satmaq istəyərkən saxlanılıb.

Bu barədə virtualaz.org saytına Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yevlax rayonunda külli miqdarda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. “Keçirilən tədbirlər nəticəsində rayon sakini Rəmzi Həsənov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər”, -məlumatda deyilir.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Ülviyyə

Virtualaz.org

Xəbərlər