1997
Bu gün 3 yanvar — 11:42

Qəzzafi Putinin qızına elçi düşübmüş

"Ərəb Baharı" inqilabi hərəkatının qurbanlarından olan Liviyanın sabiq prezidenti Muammər Qəzzafinin Rusiya prezidentinin qızlarından biri üçün elçi düşdüyü iddia olunur.

ANSPRESS-in məlumatına görə, sabiq prezident oğlu Seyfulislam Qəzzafini Putinin qızı ilə evləndirərək Rusiya prezidenti ilə qohum olmağa cəhd edib.

Seyfulislam Qəddafi

Bu iddiaları, Muammər Qəzzafinin müşavirlərindən Məhəmməf Əbdülmüttəlib əl Huni "əl Ərəbiyyə"yə verdiyi müsahibədə irəli sürüb. Əl Huni bunun siyasi bir evlilik olacağını, baş tutarsa, hədəfin ölkələr arasında daha yaxın münasibət qurmaq olduğunu bildirib. Sabiq müşavir Qəzzafinin bu barədə Putinlə danışdığını, Rusiya prezidentinin bu təklifə çox təəccübləndiyini deyib: "Qəzzafi bu mövzuda Putinlə söhbət etdi. Amma Rusiya dövlət başçısı bu təklifə çox təəccübləndi və qızının Seyfulislamı tanımadığını bildirdi".

Mariya və Katerina Putina - Vladimir Putinin qızları

Amma Qəzzafinin Putinin hansı qızına elçi düşməsi barədə məlumat verilməyib.

Qəzzafi 2011-ci ildə bölgəni öz təsiri altına alan "Ərəb Baharı" hərəkatı vaxtı əvvəl vəzifəsini, daha sonra üsyançıların əlinə keçərək həyatını itirmişdi. Ata Qəzzafinin ölümündən sonra oğlu Seyfulislam Qəzzafi müxaliflərin əlinə keçmişdi. Tripolidəki məhkəmələrdən biri onun barəsində edam hökmü versə də, oğul Qəzzafi hələ də silahlıların əlində əsirdir.

Xəbərlər