1012
Bu gün 12 iyun — 10:00

Eynulla Fətullayevin üçüncü filmi: “Nümayişçilər qan içində”

Avropanın mərkəzində 40 min nümayişçi amansızlıqla dağıdılıb. Polis heç kimə rəhm etmir: nə qocalara, nə qadınlara, nə də uşaqlara...

Min nəfərdən çox fəal həbs edilib, blogerlərə, jurnalistlərə qarşı cinayət işi açılıb, hətta parlamentin deputatları da təqib olunurlar. Söz, toplaşmaq azadlığının pozulması...

Eynulla Fətullayevə müsahibə verən alman hüquq müdafiəçiləri təsdiq edirlər ki, liberal Almaniya amansız avtoritarizmə qayıdır.

Bu epizodlar Eynulla Fətullayevin “Almanın günahı” adlı üçüncü filmindəndir. Həmin filmi təqdim edir və xatırladırıq ki, o, dünən ATV kanalı ilə yayımlanıb.

Onu da xatırladırıq ki, E.Fətullayev ötən il müstəqil çəkiliş qrupu ilə (bu qrupa əcnəbi jurnalistlər, ekspertlər və operatorlar da daxildir) birgə Almaniya, İsveç, Danimarka, Norveç, ABŞ və digər Qərb ölkələrində insan haqları və demokratiya sahəsindəki problemlərə dair araşdırma aparıb və bu silsilədən 7 film çəkib.

Yeri gəlmişkən, telekanalların auditoriyasının reytinqini ölçən AGB-Nilson beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir ki, E.Fətullayevin bu silsilədən olan ilk iki sənədli filminə - “Avropanın oğurlanması” və “Soyuq demokratiya”ya təxminən 4 milyon nəfərə yaxın tamaşaçı baxıb.

Virtualaz.org

Xəbərlər