512
Bu gün 28 may — 14:53

Novxanı qəbiristanlığında Milli Şura və üçüncü cümhuriyyət söhbəti

“Azadliq.info”-nun Novxanıda 28 May Respublika Günü münasibətilə keçirilən mitinqdən yaydığı məlumatda qeyd olunur ki, Müsavat başqanı İsa Qəmbərin çıxışından sonra meydan Milli Şuranın elan olunmasını tələb edib. Meydanı “Elan olunsun” şüarları bürüyüb və EL hərəkatının sədri Eldar Namazov arayış verərək Milli Şuranın yaranması üçün son mərhələdə olduqlarını və tezliklə onun elan ediləcəyini bildirib.

AXCP sədri Əli Kərimli çıxışında deyib: “Bu gün milli ideyamızın, Azərbaycan demokratiyasının təntənəsi üçün bura yığışmışıq. Bir halda ki, o şüarı (“Milli Şura elan olunsun” şüarını) səsləndirirsiniz, elə səsləndirin ki, bütün Azərbaycan eşitsin. Bu həmrəyliyinizə, vətəndaş mövqeyinizə eşq olsun. Elə aydın mövqe ortaya qoyursunuz ki, burda olan-olmayan hər kəsin vəziyyətin ciddiliyini anlamasına bəs edər. Milli Şuranın elan edilməsini istəyirsiniz.

Milli Şura, əlbəttə ki, elan olunacaq. Şərqdə ilk demokratik respublika qurucularının davamçılarının daha bir neçə il avtoritar rejim altında yaşamaqla razılaşmağa haqqı yoxdur. Onlar Rəsulzadə-Elçibəy əxlaqını bu ölkədə iqtidar etməlidir”.

AXCP sədri Milli Şuranın məqsəd və mahiyyəti barədə danışıb: “Milli Şura respublika quruluşunu əbədi bərqərar etmək üçün yaradılır. Atalar üçdən deyib. Buna qədər 1918 və 1991-ci illərdə Milli şuralar yaradılıb. Birinci Milli Şura respublikanı yaratdı, ikinci Milli Şura onun bərpasında mühüm rol oynadı. Üçüncü Milli Şura üçüncü cümhuriyyəti bərqərar edəcək”.

Xəbərlər