2496
Bu gün 17 fevral — 13:34

Vaqif Axundovun xaricdəki işçilərinə diplomatik pasportlar veriləcək

Azərbaycanda daha bir xidmət orqanı əməkdaşlarına diplomatik pasportların verilməsi planlaşdırılır.

Virtualaz.org bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun 6-cı maddəsinə əlavələr təklif olunub.

Yeni layihəyə əsasən, diplomatik pasport Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin zabit heyətinə də veriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti plenar iclasda müzakirəyə çıxarılacaq.

Virtualaz.org-un xatırlatması: Xüsusi Dövlət Mühafizə Xidməti 1931-ci ildən 1937-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), 1938-ci ildən 1972-ci ilədək Bakı Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR DİN Partiya-Sovet Orqanlarının mühafizə şöbəsi adlanıb.

Azərbaycan Respublikası prezidentinin 25 sentyabr 1991-ci il tarixli 355 saylı fərmanı ilə bu şöbə Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilib. Azərbaycan Respublikası prezidentinin 5 dekabr 1991-ci il tarixli 485 saylı fərmanı ilə İdarə DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi adlanıb.

Azərbaycan Respublikası prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı fərmanı ilə Milli Qvardiya yaradılıb.

Azərbaycan Respublikasının prezidenti tərəfindən 25 fevral 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsinin bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsinin yaradılması haqqında 585 saylı fərman imzalanıb.

23 avqust 1993-cü il tarixində AR prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin sədri tərəfindən Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi və Milli Qvardiyanın bazasında Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması və Azərbaycan Respublikasının prezidentinə tabe edilməsi haqqında 734 saylı fərman verilib.

Azərbaycan Respublikası prezidentinin 06 may 2002-ci il tarixli sərəncamı ilə isə Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti adlanıb.

Beləliklə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökümət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir.

Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsindəəks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi də Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti həm də İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin yuxarıda haqqında söhbət gedən Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsi isə Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidməəməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişikliklərə əsasən  yaradılıb. Həmin dəyişikliklə mühafizə zabiti, zabit-mütəxəssis vəəməliyyat işçisi də diplomatik xidməəməkdaşları statusu əldə ediblər.

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundovdur.

Onu da qeyd edək ki, V.Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olub.

Virtualaz.org

Xəbərlər