506
Bu gün 30 yanvar — 11:24

ABŞ Konqresindəki Azərbaycan qrupuna 60-cı üzv gəldi

ABŞ Konqresinin üzvü Mət Səlmon (Matt Salmon) yanvarın 29-da Konqresdəki Azərbaycan üzrə İşçi qrupuna üzv olub. Bununla da İşçi qrupundakı konqresmenlərin sayı 60-a çatıb.

Virtualaz.org AzərTAc-a istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından olan Səlmon Konqresdə Arizona ştatını təmsil edir. 

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi qrupu on ildir fəaliyyət göstərir.

Xəbərlər