247
Bu gün 10 noyabr — 00:08

Gəncədə də süpürgəçini avtomobil vurdu

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin Nizami Gəncəvi prospekti ilə hərəkətdə olan "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra yolu süpürən 1978-ci il təvəllüdlü Əliyev Elşən Nadir oğluna dəyib.

Müxtəlif bədən xəsarətləri alan təmizlik işçisi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər