262
Bu gün 9 noyabr — 16:04

Nazirlik Bakı sakinlərinə 6000-ə yaxın müxtəlif ağac tingi paylayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan ağac əkilməsinin təşviqi kampaniyasında əhaliyə, ümumilikdə, 6000-ə yaxın müxtəlif ağac tingi paylanılıb.

Nazirlikdən verilən məlumata görə, Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçirilən aksiya zamanı mütəxəssislər tərəfindən vətəndaşlara ağacların əkilməsi və onlara qulluq göstərilməsi qaydaları izah olunub.

“Hər ailə ağac əksin” devizi altında keçirilən kampaniya 12 və 17 noyabrda daha kütləvi xarakter alaraq ölkənin digər regionlarında davam etdiriləcək.

Xəbərlər