353
Bu gün 8 noyabr — 19:24

Bakıda yol təmiri zamanı yük maşını fəhləni vuraraq öldürüb

Bakıda yol təmiri zamanı bədbəxt hadisə baş verib.

DİN-dən verilən məlumata görə, noyabrın 7-də saat 16 radələrində Xətai rayonu ərazisində 10-cu Zavod dairəsində yolun hərəkət hissəsinin təmiri zamanı Göygöl rayon sakini Natiq Bayramov “KamAZ” markalı avtomobili arxaya sürərkən orada fəhlə işləyən Bakı şəhər sakini Arif Hüseynovu vurub və nəticədə o, hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Xəbərlər