163
Bu gün 8 noyabr — 15:28

İran vətəndaşı daxili orqanlarında Azərbaycana narkotik keçirmək istədi

Dövlət Sərhəd Xidməti (DSX) İrandan gələn şəxsin daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısını alıb. Bu barədə xidmətin Mətbuat Mərkəzindən məlumat verilib.

DSX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsu¬var” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkar¬la¬na¬raq götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbərlər