709
Bu gün 12 oktyabr — 00:38

Azərbaycan millisi səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəldi

Futbol üzrə Azərbaycan milli yığması UEFA Millətlər Liqasının növbəti oyununda səfərdə  Farer adaları komandasını 3:0 hesabı ilə məğlub edib.

Yığmamızın heyətində 28 və 85-ci dəqiqələrdə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov fərqlənib.

Qrupun digər oyununda Kosovo millisi doğma meydanda Malta millisinə 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, Kosovo yığması 7 xalla qrupda birinci, Azərbaycan millisi isə 5 xalla ikinci pillədə qərarlaşıb.

**

00:32

Farer adaları - Azərbaycan matçında hesab yenidən dəyişib.

R. Almeyda matçın 85-ci dəqiqəsində penaltidən fərqi bir qədər də artırdı: 0-3.

 

**

00:18

Farer adaları - Azərbaycan matçında hesab dəyişib.

İkinci hissənin 67-ci dəqiqəsində Dmitri Nazarov Rüfət Dadaşovun ötürməsindən sonra millimizin ikinci qolunu vurub-0:2.

 

**

23:20

Farer adaları - Azərbaycan matçında hesab açılıb.

Millimiz matçın 28-ci dəqiqəsində Riçard Almeydanın qolu ilə millimiz irəli çıxıb: 0- 1.

*   *   *23:02

Farer adaları - Azərbaycan matçı başlayıb. Düzdür, duman azalıb, amma tam çəkilməyib.

Hələlik hesab açılmayıb-0:0.

*   *   *22:19

Farer adaları və Azərbaycanın futbol yığmaları arasındakı UEFA Millətlər Liqası matçı təxirə salına bilər.

Virtualaz.org-un stadionda olan əməkdaşı Elmir Əliyevin verdiyi məlumata görə, səbəb "Torsvollur" arenasının dumana bürünməsidir.

Hazırda Farer adalarının paytaxtında çiskinli hava hökm sürür.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.

Amma oyunun baş hakiminin qərarından asılı olaraq oyun sabaha da keçirilə bilər.

Xəbərlər