450
Bu gün 12 oktyabr — 00:28

Məkkə ilə Mədinə arasında sürətli qatar xətti istifadəyə verildi

Həcc və Ümrə ziyarətçilərinin dini ayinlərini rahat yerinə yetirmələri üçün Məkkə və Mədinə şəhərləri arasında sürətli dəmiryol xətti istifadəyə verilib.

“Anadolu” xəbər verir ki, oktyabrın 11-də Yaxın Şərqin ən böyük nəqliyyat layihələrindən biri olan Harameyn dəmiryolu xəttində sürət qatarlarının ilk səfəri həyata keçirilib.

Krallığın büdcəsinə 2 milyard dollara başa gələn sürətli dəmiryol xətti ildə 60 milyon insana xidmət göstərəcək. Uzunluğu 460 kilometr olan bu xətt sənaye bölgələrini, hava limanını və şəhər mərkəzlərini birləşdirir. Avtomobillə 4-5 saatlıq yolu bundan sonra qatarlar saatda 300 kilometr sürətlə 1 saat 20 dəqiqəyə qət edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən il 2 milyon 400 minədək Həcc və 7 milyon nəfərə yaxın Ümrə zəvvarını qəbul edib.

Xəbərlər