313
Bu gün 11 oktyabr — 17:50

Agentlik aqrokimyəvi maddələr gətirən sahibkarlara xəbərdarlıq etdi

Qida Təhlükəsizliyi Agentliyi aqrokimyəvi maddələr və pestisidlərin idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib.

Agentlikdən virtualaz.org-a bildiriblər ki, Azərbaycan ərazisində bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, o cümlədən ətraf mühitin və əhalinin sağlamlığının mühafizə edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan aqrokimyəvi maddələrin və pestisidlərin müvafiq keyfiyyət standartlarına uyğunluğuna nəzarət edir. Dövlət qeydiyyatına alınmamış pestisidlərin və aqrokimyəvi maddələrin Azərbaycan ərazisinə idxalına icazə verilmir. Agentlik yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış, etiketləşdirilmiş maddələrin idxalına icazə verir. Buna görə də bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edilir ki, pestisid və aqrokimyəvi maddələri müşaiyət edən sənədlər qanunvericiliyə uyğun qaydada təqdim edilmədikdə bu maddələrin ölkəyə idxalına icazə verilmir.

Virtualaz.org

Xəbərlər