776
Bu gün 11 oktyabr — 16:31

İşsizlərə mal-qara paylandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara iribuynuzlu mal-qara, qoyun verib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org-a bildiriblər ki, Cəbrayıl rayonu üzrə 123,  Füzuli rayonu üzrə 108 nəfərə heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təmin olunması nəzərdə tutulub. Bu gün artıq onlardan bir qrupuna iri və xırda buynuzlu mal-qara verilib, digərlərinə də yaxın bir neçə gündə təqdim olunacaq.

Xəbərdə deyilir ki, prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ölkədə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqram aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdadır.

Ötən il özünüməşğulluq proqramına 1200 nəfər cəlb olunsa da, bu il 7 minədək işsiz və işaxtaran vətəndaşın cəlb olunması nəzərdə tutulub. Verilmiş mal və materialların hesabına reallaşdırılan biznes planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir.

Virtualaz.org

Xəbərlər