690
Bu gün 11 oktyabr — 16:04

Yeni Ələt-Astara yolunda qəza törədən sürücü qadın ağır xəsarət alıb

Bu gün günorta saatlarında yeni istifadəyə verilmiş Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonundan keçən 61-ci km-də , “Haçıoğlu” servis şəhərciyinin qarşısında ağır yol nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə,  Astara sakini 64 yaşlı Sara Paşa qızı Cabbarovanın yüksək sürətlə idarə etdiyi 90 SE 876 dövlət nömrə nişanlı  “Mercedes ML 320” markalı minik avtomaşın ötmə əməliyyatı edərkən qarşısında gedən  yük maşınının qoşqusunun təkərlərinə dəyib. Nəticədə qadın sürücünün idarə etdiyi minik maşını idarəetməni itirərək beton yol ayrıcına çırpılıb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan Sara Cabbarova Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücü qadının ağır şəkər xəstəsi, 1-ci qrup əlil olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər