982
Bu gün 14 sentyabr — 23:17

Salyanda 4 nəfər 49 yaşlı kişini döyərək xəstəxanalıq etdi

Bu gün axşam saatlarında Salyan rayonunun Sarvan kəndində 49 yaşlı kənd sakini Rizvan Babaş oğlu Babaşov döyülərək xəsarət alıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, R.Babaşovla onu döyərək xəsarət yetirmiş şəxslər arasında hələ gündüzdən-telefon danışığı zamanı mübahisə yaranıbmış. Məhz o mübahisədən sonra qonşu Seyidlər kəndindən olan dörd nəfər (ikisi qardaşdır) “KamAz” markalı yük maşını ilə Sarvana gələrək Rizvan Babaşovu maşınından düşürüb, ağacla döyüb və müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sonra həmin şəxslər gəldikləri “KamAz”ı qisas məqsədi ilə bir neçə dəfə Rizvan Babaşovun 90-LS-298 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşınına çırparaq hadisə yerindən uzaqlaşıblar.

Başından müxtəlif dərəcəli xəsarətlər alan Rizvan Babaşov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması üçün operativ əməliyyat tədbirləri həyata keçirilir.

Virtualaz.org

Xəbərlər