648
Bu gün 14 sentyabr — 22:25

Trampın seçki qərargahının keçmiş rəhbəri istintaqla əməkdaşlığa razılaşdı

ABŞ prezidenti Donald Trampın vaxtilə seçki qərargahının rəhbəri olmuş Pol Manafort istintaqla əməkdaşlığa razılıq verib.

“Report” xəbər verir ki, o, ölkəsinə qarşı sui-qəsd və ədalət məhkəməsini əngəlləmək cəhdi ilə bağlı günahını etiraf etməyə hazırdır.

P.Manafort ABŞ-a qarşı sui-qəsddən başqa, 30 milyon dollardan artıq vəsaitin “yuyulması” və yalan ifadə vermək kimi əməllərdə də ittiham olunur.

Xəbərlər