660
Bu gün 14 sentyabr — 19:57

İlham Əliyev deputatı mükafatlandırdı

Prezident İlham Əliyev Bəxtiyar Sadıqovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xəbəri AzərTAc yayıb.

Sərəncamda qeyd edilib ki, Bəxtiyar Yusif oğlu Sadıqov Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilir.

Virtualaz.org xatırladır ki, B. Sadıqov “Azərbaycan” qəzetinin baş redaktoru və millət vəkilidir.

Xəbərlər