251
Bu gün 14 sentyabr — 20:37

Misirdə polis əməkdaşlarına saqqal saxlamaq qadağan edildi

Misir məhkəməsi polis əməkdaşlarına saqqal saxlamağı qadağan edib.

Rusiya mətbuatının yazdığına görə, 6 ildir ki müzakirə mövzusu olan, mübahisələrə yol açan müvafiq qərar hökumətin tələbinə əsasən polisin dünyəvi institut kimi qalması ilə əlaqədar qəbul edilib.

Hakim Məhəmməd Mahir Əbdül-İnein deyib ki, saqqal xidmətdə olan şəxsin fəaliyyəti qadağan edilmiş siyasi və terror təşkilatına aid olduğunu göstərə bilər.

Xatırladaq ki, Misirdə "Müsəlman qardaşlar" təşkilatının lideri Məhəmməd Mursi hakimiyyətə keçəndən sonra 2012-ci ildə yüzlərlə polis saqqal saxlamağa başlamışdı.

Xəbərlər