421
Bu gün 14 sentyabr — 18:45

Şamaxıda şəhid türk əsgərinin abidəsinin açılış mərasimi keçirilib

Şamaxıda şəhid türk əsgərinin şərəfinə ucaldılmış abidənin əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, türk qaziləri, ziyalılar və Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər iştirak ediblər.

MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) tərəfindən həyata keçirilən bərpa işləri aprel ayında başlayıb.

Təşkilatın Azərbaycandakı rəhbəri Abdurrəhman Uzun Şamaxıda gördükləri işlərdən qürur duyduğunu söyləyib.

Mərasimdə çıxış edən A.Ənvər uzun illər boyunca davam edən Azərbaycan-Türkiyə dostluğundan danışıb:

“Bu gün burada olmaq çox gözəl bir hissdir. İki ölkə arasında olan dostluq, qardaşlıq münasibətləri daim davam edəcək. Həmişə olduğu kimi, Türkiyə Azərbaycanın yanında olacaq”. (Trend)

Xəbərlər