497
Bu gün 11 iyun — 23:00

Yeni yaranan islamçı hərəkatdan İsa Qəmbərə dəstək

“Rifah” seçkilərdə Müsavat başqanının namizədliyini dəstəkləyəcək 

Bir qrup islamçı yeni hərəkat yaradıblar. Azpolitika.com sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, inanclı kəsimin yaratdığı yeni təşkilat Rifah Vətəndaş Hərəkatı adlanır. Hərəkatın məramları sırasında əsas yeri isə Azərbaycanda islam-demokratiyası qurmaq tutur.

Həmin məlumatlarda vurğulanır ki, islamçıların yeni yaratdığı təşkilat qarşıdan gələn prezident seçkilərinə öz namizədi Hacı Mövsüm Səmədovla getmək fikrində olub. Lakin İslam Partiyasının sədrinin həbsdə olması və yaxın gələcəkdə azadlığı çıxma ehtimalının az olması səbəbindən namizədlə bağlı fikirlərində dəyişiklik yaranıb. Təşkilatın rəsmilərindən birinin yaydığı məlumatda vurğulanır ki, onlar ölkədə həmrəyliyin və birgə mübarizənin tərəfdarı olduqları üçün qarşıdan gələn seçkilərdə digər bir namizədi dəstəkləmək barədə qərar veriblər. «İndiki məqamda İsa Qəmbərin Milli Şuranın vahid namizəd olmasını qəbul etmirik. Çünki nəzərdə tutulan 2 illik hökumətə başçılıq etdikdən sonra onun yenidən namizəd olması mümkün olmayacaq. Ona görə də, təklif edirik ki, bu seçkilərdə vahid namizəd Rüstəm İbrahimbəyov olmalıdır. Ondan sonra isə vahid namizəd İsa Qəmbər olmalıdır ki, biz də ona dəstək verəcəyik».

Xəbərlər