713
Bu gün 10 avqust — 21:00

Kanadanın general-qubernatoru Azərbaycan prezidentini və xalqını təbrik edib

“AzərTAc” xəbər verir ki, Kanadanın general-qubernatoru Devid Conston Azərbaycan prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd etməyiniz münasibətilə Sizə və Azərbaycan xalqına bütün kanadalılar adından ən xoş arzularımı çatdırıram.

Kanada Azərbaycanla əlaqələrinə böyük dəyər verir. Beynəlxalq sabitlik və ikitərəfli iqtisadi əlaqələr kimi qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığımız investisiya, ticarət və inkişafla əlaqədar mövcud olan bir çox imkanlar vasitəsilə gücləndirilmişdir.

Kanada Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi Qətiyyətli Dəstək Missiyasında Azərbaycanın sülhməramlı fəaliyyətə töhfəsini və 2017-ci ilin dekabr ayında Bakı şəhərində “Asiyanın Ürəyi – İstanbul Prosesi” konfransına ev sahibliyi etməsini alqışlayır. Bu ikitərəfli mübadilələr ölkələrimizin inkişafını və rifahını təmin edəcəkdir.

Respublika Günü münasibətilə təbriklərimi, Sizin və vətəndaşlarınızın firavan gələcəyi naminə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm.

Səmimiyyətlə,

Devid Conston

Kanadanın General-Qubernatoru

Xəbərlər