796
Bu gün 10 avqust — 17:20

Paşinyan Azərbaycanla sərhədə gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhəddində yerləşən Berd şəhərinə səfər edib.

Hazırda Tavuş əyalətinin Berd şəhərində olan Paşinyan bir sıra görüşlər keçirib, əhali önündə çıxış edərək onların suallarını cavablandırıb.

Ermənistanın baş naziri bu gün həmçinin, Noemberyanı ziyarət edəcək, sabah isə İcevan və Dilican sakinləri ilə görüşəcək.

Azərbaycanla sərhəd rayonlara gələn Paşinyanın Ermənistan ordusunun mövqelərinə baş çəkəcəyi də gözlənilir.(azvision.az)

Xəbərlər