340
Bu gün 10 avqust — 14:54

Daşkəsəndə 18 yaşlı gənc süni göldə boğuldu

Daşkəsən rayonunda süni göldə batan gəncin meyiti sudan çıxarılıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Emin Bəhruz oğlu Əliyevin axtarışları başa çatıb.

Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*   *   *12:29

Daşkəsən rayonunda yeniyetmə çayda boğulub.

Hadisə Qoşqarçay çayın rayonun Aşağı Daşkəsən qəsəbəsindən keçən hissəsində baş verib. Hələlik kimliyi məlum olmayan 15-16 yaşlı yeniyetmə oğlan çayın qarşısı kəsilərək yaradılmış gölməçədə çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbərlər