488
Bu gün 13 iyul — 00:48

Bakıda 20 yaşlı oğlan dənizdə batdı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun dənizdə batması ehtimalı ilə bağlı məlumat daxil olub.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.

Bir az əvvəl C.Məmmədovun cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbərlər