584
Bu gün 12 iyul — 22:36

Taliblər Tacikistanla sərhədi nəzarətə götürdü

“Taliban” terror təşkilatının silahlıları Əfqanıstanın Tacikistanla sərhədini nəzarətə götürüb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Səhər saatlarında onlar Xvaca Qxar mahalını ələ keçiriblər. Onların Daşti-kala, Yanqi-Kala və Darqad qəzalarına hücumla bağlı təhlükə var.

Əfqanıstan hökumətinin bu bölgədə terrorçulara qarşı hücuma keçməsi üçün kifayət qədər əsgəri yoxdur.

Xəbərlər