200
Bu gün 12 iyul — 17:55

"Qarabağ" - "Olimpiya" oyununa hakim təyinatları açıqlanıb

"Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasında Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi I təsnifat mərhələsinin cavab görüşünə bütün təyinatlar açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim: Erez Papir

Baş hakimin köməkçiləri: David Elias Bitton, Eliyahu Kasapu

Dördüncü hakim: David Fuxman

UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

Hakim-inspektor: Sokol Yareçi (Albaniya)

İyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

Xəbərlər