188
Bu gün 12 iyul — 18:25

Polşa millisinə yeni baş məşqçi təyin olunub

Futbol üzrə Polşa milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” xəbər verir ki, dünya çempionatındakı uğursuzluqdan sonra postunu tərk edən Adam Navalkanı Yeji Brejeçek əvəzləyib. 47 yaşlı mütəxəssisin son iş yeri “Visla” olub.

Qeyd edək ki, DÇ-2018-də keçirdiyi 3 görüşdən 1-də qalib gəlib, 2-də uduzan Polşa millisi yer aldığı H qrupunda sonuncu yeri tutub.

Xəbərlər