250
Bu gün 12 iyul — 15:16

Prokuror "Çudo Peçka”nın rəhbərinə 13 il cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxış edərək Çingiz Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

"Bank Standart"ın nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu və onlara dəymiş ziyanın ödənilməsini istəyib.

Məhkəmə prosesi iyulun 20- də davam edəcək.

İttihama görə, Çingiz Cəlilov "Bank Standart"ın idarə heyyətinin sədri Səlim Krimanla cinayət əlaqəsinə girərək 14 milyona yaxın məbləği mənimsəyərək öz aralarında bölüblər. Ç. Cəlilov və yaxınları aid olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub. S.Kirman və Ç.Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib. S.Kriman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Ç.Cəlilov isə həbs olunub.

Virtualaz.org

Xəbərlər