324
Bu gün 12 iyul — 15:21

Sabahdan havanın temperaturu enəcək: bəzi yerlərdə leysan, dolu gözlənilir

İyulun 13-ü səhərdən 14-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə enəcək.

Azərbaycanın rayonlarında iyulun 13-dən 16-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərədə arabir güclənəcək.

Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Xəbərlər