730
Bu gün 11 iyul — 20:07

Xızıda kütləvi dava baş verib, xəsarət alanlar var

Xızı rayonunda kütləvi dava olub, xəsarət alanlar var.

"Report"un verdiyi məlumata görə, hadisə rayonun Şurabat qəsəbəsində baş verib.

Hadisə nəticəsində 2 nəfər - 1986-cı il təvəllüdlü Elbrus Əbülfəz oğlu Atakişiyev və 1990-cı il təvəllüdlü Orxan Yusif oğlu Bayramov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər