649
Bu gün 14 iyun — 21:26

DÇ-2018 başladı: Rusiya Səudiyyə Ərəbistanını darmadağın etdi-5::0

Moskvanın “Lujniki” arenasında dünya çempionatının ilk matçı keçirilib.

Açılış mərasimindən dərhal sonra başlayan oyunda ev sahibləri Səudiyyə Ərəbistanı millisini qəbul edib.

Matç 5:0 Rusiya millisinin qələbəsi ilə başa çatıb.

Dünya çempionatının ilk qolu 13-də dəqiqədə vurulub. Cərimə meydançasına göndərilən asmanı Yuri Qazinzki başı ilə qapıdan keçirib.

42-ci dəqiqədə Rusiyanın əks-hücumunu Denis Çerişov ideal sonluqla yekunlaşdırıb. O, cərimə meydançasında yaxın məsafədən qapıçıya heç bir şans verməyib. 70-ci dəqiqədə Dzüba baş zərbəsi ilə hesabı 3:0-a çatdırıb.

Oyunun əlavə olunmuş dəqiqəsində Çerışev top fərqini dördə çatdırıb. 90+4-cü dəqiqədə isə Rusiya millisi cərimə zərbəsindən fərqlənib.

*   *   *19:18

Rusiyada futbol üzrə dünya çempionatı start götürüb.

Virtualaz.org-un məlumatına görə, Moskvada çempionatın rəsmi açılış mərasimi keçirilib. Mərasimində ingiltərəli məşhur müğənni Robbi Uilyams və rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina möhtəşəm ifaları ilə arenaya toplaşan azarkeşlərə unudulmaz anlar bəxş ediblər.

Hazırda açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı yığmaları qarşılaşır.  Oyunu argentinalı Nestor Pitana idarə edir. Bu dəqiqələrdə Rusiya komandası 1:0 hesabı ilə irəlidədir. Açılış oyununun 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Yuriy Qazinskiy fərqlənib.

Ümumilikdə iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.

İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Xəbərlər