215
Bu gün 14 iyun — 18:10

ATƏT Minsk qrupunun həmsədrləri Azərbaycana səfər etməyi planlaşdırmır

ATƏT Minsk qrupunun həmsədrləri yaxın zamanlarda Azərbaycana səfər etməyi planlaşdırmır.

Bunu “Trend”ə təşkilatdan həmsədrlərin Ermənistana səfərindən sonra Azərbaycana səfərinin mümkünlüyü barədə sualına cavab olaraq bildiriblər.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri iyunun 12-14-də Yerevanda səfərdə olub və Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və prezident Armen Sarkisyanla görüşüb.

Xəbərlər