160
Bu gün 14 iyun — 16:56

Türkiyədə terrorçuların hücumu nəticəsində bir hərbçi şəhid oldu

Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda PKK terrorçularının hücumu nəticəsində 1 hərbçi şəhid olub, 4-ü yaralanıb.

“Ulusal” xəbər verir ki, məlumatı Çukurca valiliyi yayıb.

Bildirilib ki, Zengil Tepedə yerləşən hərbi hisssəyə terrorçular idarə edilən raketlə hücum ediblər.

Terrorçuların zərərsizləşdirlməsi üçün ərazidə havadan dəstəklə əməliyyat keçirilir.

Xəbərlər