354
Bu gün 14 iyun — 13:16

Prokuror tramadol satışına görə həbs olunan şirkət rəhbərinə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsiredici dərman preparatlarını qanunsuz satmaqda ittiham olunan Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Əlövsət Abbasov sərdilk edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək N. Qasımovun 7 il, X. İmaməliyeva və A. Cəfərovamın isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, N. Qasımov "Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və rəhbəri olub. X.İmaməliyeva və A.Cəfərova adıçəkilən şirkətə məxsus aptekdə satıcı işləyiblər. Hər iki qadın barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.

Virtualaz.org

Xəbərlər