293
Bu gün 14 iyun — 11:44

Sabirabad sakinindən narkotik götürüldü

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Suqovuşan kənd sakini, 57 yaşlı Şirzad Bağırov saxlanılıb.

DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən xəbərə görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən Şirzad Bağırova məxsus həyətyanı sahəyə baxış keçirilib və oradan kultivasiya yolu ilə yetişdirilmiş 80 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Emil Məmmədov

Virtualaz.org

Xəbərlər