184
Bu gün 14 iyun — 11:37

Bakı metrosu da gücləndirilmiş iş rejiminə keçir

"Bakı Metropoliteni” QSC qarşıdakı bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Qurumdan virtualaz.org-a verilən məlumata görə, "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bununla bağlı müfafiq əmr imzalayıb. Bildirilir ki, söhbət Ramazan bayramı və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə elan edilmiş 5 qeyri-iş günündən gedir.

“Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.

Xəbərlər